Dodaq boyası dişlərinizə batırsa... - HƏLL YOLLARI

Dodaq boyası ilə bağlı xoşagəlməz hallar yaşayırsınız? Sizin də dodaq boyanız dişləriniz ya barmağınıza bulaşır? Bəs dodaqlarınızı qurudurmu? Aile.lent.az xanımların dodaq boyası ilə bağlı yaşadığı xırda problemlərin həllini təqdim edir.

 

Dodaqlarınız quruyursa...

 

Mat və sulu dodaq boyalarında yaşanan ən böyük problemlərdən biri dodaqların qurumasıdır. Bu problemi bir də yaşamayasınız deyə dodaq boyası sürtmədən əvvəl dodaqlarınıza bir az bal mumu sürtün və bir neçə dəqiqə gözləyin.

 

Dişlərinizə batırsa...

 

Dodaq boyasını çəkdikdən sonra dodaqlarınızı O şəkilində yuvarlayın və işarət barmağınızı ağzınıza soxun. Dodaqlarınızı bağladıqdan sonra barmağınızı çəkin və beləcə dodaq boyasının artığı barmağınızda qalacaq.

 

Stəkanınızda iz buraxırsa...

 

Dodaqlarınızı stəkana yaxınlaşdırmazdan əvvəl dodaqlarınızı yalayın.

 

Dodaq xəttindən kənara çıxırsa...

 

Dodaq boyası sürtdükdən sonra dodaqlarınızın kənarlarını bir fırça ilə silin, ya da tonal kremlə qapadın. Gün ərzində də dodaq kənarlarına nəzarət etməyi unutmayın.

 

Dərinizə uyğun rəngi tapa bilmirsinizsə...

 

Nude dodaq boyası axtarırsınızsa, dodaq rənginizin bir ton tündünü seçin. Rəng partlayışı istəyirsinizsə, bir ton parlağını seçin. Dodaqlarınız solğun görünürsə, gilas və ya mərcan rənglərini seçin. Təbii qırmızı dodaqlara sahibsinizsə, narıncıya çalan qırmızılar və ya isti çəhrayı tonlar istifadə edin.  

 

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017