Mübariz İbrahimov haqqında film çəkiləcək

Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" adlı film çəkiləcək.

Aile.lent.az-ın məlumatına görə, artıq filmin tizeri yayılıb və Azərbaycan qədər Türkiyədə də böyük maraqla qarşılanıb. Ekran əsəri Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək. Filmdə Azərbaycan, Türkiyə, Hollivud, Bollivudun bir çox aktyorların yer alması nəzərdə tutulub.

 

“Mübariz” filmində türkiyəli peşəkar kaskadyorlar yer alacaq. Film Azərbaycanda çəkiləcək. Filmin ssenari müəllifləri Türkiyə tərəfdən Ali Doğançay, Azərbaycandan Rəşad Süleymanoğludur. Ssenarinin bir hissəsi artıq hazırdır. Yaxın günlərdə “İst Film”in yaradıcı qrupu bununla bağlı Bakıya gələcək. Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanacaq.

 

Ekran işi 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcək. Sabah, yəni aprelin 18-i saat 12-də Flame Towers - Park Cinema"da "Mübariz" filmi ilə bağlı mətbuat konfransı keçiriləcək. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018