Gənc görünmək istəyənlər üçün MASKALAR

Bütün xanımlar üz dərilərinin qüsursuz görünməsini istəyir. Bunun üçün də mütəmadi olaraq kosmetoloqlara müraciət edirlər, kremlər və  müxtəlif vasitələrə əl atırlar. Lakin ev şəraitində də dərinizə qulluq edə bilərsiniz. Aile.lent.az dərinizi daha gənc və sağlam görünüşə qovuşdurmaq üçün ev şəraitində hazırlaya biləcəyiniz bir neçə maska ilə sizi tanış edir.

 

1. Üz tükləri üçün maska

 

Vəsaitlər:

 

- 10 qram limon suyu

- 1 fincan su

- 30 qram un (noxud unu məsləhətdir)

 

Hazırlanması:

 

Bütün vəsaitləri bir yerə qataraq məcun halına gələnə qədər qarışdırın və üzünüzə tətbiq edin. 15 dəqiqə ərzində qurumağını gözləyin, daha sonra maskanı üzünüzdən dəsmalın  köməyi ilə, tüklərin çıxma istiqamətinə doğru çəkib çıxarın.

 

2. Qırışlara qarşı maska

 

Vəsaitlər:

 

- 3 aspirin

- 3 yemək qaşığı limon suyu

 

Hazırlanması:

 

Aspirini limon suyunun içərisində əridin və bir məcun halına gələnə qədər qarışdırın. Sonra bu qarışımı üzünüzə çəkin və 10 dəqiqəyə qədər qurumasını gözləyin. Sonda maskanı bol su ilə üzünüzdən təmizləyin.

 

3. Canlandırıcı maska

 

Vəsaitlər:

 

- 5 aspirin

- 1 yemək qaşığı qatıq

- 1/2 yemək qaşığı bal

 

Hazırlanması:

 

Aspirini əzin və digər vəsaitlərlə birlikdə yaxşıca qarışdırın. Maskanın yaxşı nəticəsini almaq üçün əvvəlcə məsamələrinizi açmağa kömək edən ilıq suda saxladığınız bir bezi üzünüzdə saxlayın. Üzünüzün quruduğuna əmin olduqdan sonra qarışımı sürtün və üzünüzdə 30 dəqiqə saxlayın. Müddət bitdikdə maskanı üzünüzdən ilıq su ilə silin.

 

4. Peeling təsirli maska

 

Vəsaitlər:

 

- 3 aspirin

- 3 yemək qaşığı ilıq su

 

H​azırlanması:

 

Bir məcun konsistensiyası əldə etmək üçün aspirini suyun içində həll edin. Üzünüzü təmizlədikdən sonra çəkin və 10 dəqiqə saxlayın. Daha sonra su ilə durulaya bilərsiniz.

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017