İNANILMAZ: 60 yaş fərqləri olsa da, yataqda... - FOTOLAR

"Könül sevən göyçək olar", "Leyliyə Məcnunun gözü ilə bax", "Sevginin yaşı, çəkisi, sərhəddi, boyu... yoxdur"...

Bəzi cütlüklər bu deyimlərin real olduğunu gerçək həyatda sübut ediblər. İctimai maraq cəlb edən, bəzənsə təzyiqlərə səbəb olan bu insanlar heç nəyə baxmayaraq sevgilərini yaşayırlar. Ailem.az sərhəd tanımayan sevgi nümunələri ilə sizi də tanış edir.

 

Dünyanın ən maraqlı cütlükləri

 

1912-ci ildə dünyaya gələn Al Tomaininin boyu hipofiz vəzilərinin aktiv olması səbəbindən 2.54 sm-ə qədər uzanıb. Dünyanın ən uzun adamı olan Tomaini 1936-ci ildə doğuşdan ayaqları olmayan Jeanie ilə tanış olur və onlar bir-birlərini sevirlər. 60 sm olan Jeanie akrobatik qabiliyyətə malik olur. Onlar ailə qururlar və ömür boyu xoşbəxt yaşayırlar.

 

Həddən artıq kök qadın və əzələli sevgilisi

 

Gloria Shuri Nava adlı blogger artıq çəkinin onun xoşbəxtliyinə mane olmasına icazə vermir. 22 yaşlı sevgilisi Əlini onun yanında görənlər gənc qadına kinayə ilə baxırlar və onu təhqir edirlər. İnsanlar bu cür yaraşıqlı və əzələli bir kişinin piylənmə problemi olan qadının yanında olmasına heç bir məna verə bilmirlər. Ancaq cütlük bütün tənqidlərə qulaqlarını bağlayaraq xoşbəxt yaşayırlar.

 

Özündən 60 yaş böyük qadınla eşq yaşayan gənc

 

Kyle Jones adlı 31 yaşlı gənc oğlan nənəsi yaşında qadınlarla görüşür və hətta 50 yaşlı sevgililərindən biri ilə anasını da tanış edib. Kyle son 5 ildir 91 yaşlı Marjorie McCool ilə birlikdədir. Aralarında 60 yaş fərq olan cütlük aktiv seks həyatları olduğunu deyir.

 

Dünyanın ən güclü liliputu ilə trans sevgilisi

 

Dünyanın ən güclü liliputu kimi tanınan (1.30 metr) Anton Kraft öz çəkisindən 4 dəfə artıq ağırlıq qaldıraraq rekord qırıb. O, son vaxtlar adını daha bir rekorda yazdırıb. Kraft 1.90 sm boyu olan transseksual sevgilisi China Bell ilə evlənməyə qərar verib.

 

Dünyanın ən uzun gəlini

 

Elisany da Cruz Silva, Braziliyanın ən uzunboy gənci olmaqla yanaşı, dünyanın da ən hündür gəlini olmağa hazırlaşır. Boyu 203 sm olan Silva özündən 41 sm qısa olan sevgilisi Francinaldo da Silva Karvalyo ilə evlənməyə qərar verib.

 

Anoreksiyalı qadınla kök kişi

 

Anoreksiyadan əziyyət çəkən Lizzie Elsburg müalicə olunduğu klinikada piylənmədən əziyyət çəkən Chris Glasgou ilə tanış olur. Həmin vaxt qadın 40, Chris isə 190 kilo idi. Qısa müddət görüşürlər və bir neçə aydan sonra evlənirlər. Bir araya gəldikdən sonra Lizzie sağlam formada 54 kilo, Chris 63 kilo olur. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017