Kökəltməyən ispanaq salatı - RESEPT

Ailem.az kökəlmək istəməyənlər üçün dadlı və asan hazırlanan ispanaq salatının reseptini təqdim edir.

 

Ərzaqlar:

- 1/2 kq ispanaq yarpağı

- 3-4 dənə təzə soğan

- 1 dənə quru soğan

- Cəfəri

- Şüyüd

- 1 ədəd qaynadılmış və didilmiş toyuq filesi

- 2-3 şorba qaşığı zeytun yağı

- Duz, qırmızı istiot

 

Sous:

- 2 xörək qaşığı qatıq

- 1 xörək qaşığı mayonez

- 1 xörək qaşığı sirkə

- 1 çay qaşığı xardal

- 1 diş əzilmiş sarımsaq

(Sous bir gün əvvəldən hazırlanıb soyuducuda qalmalıdı)

 

Hazırlanması:

Yarım kilo ispanaq yarpağı, yaşıl və rəndələnilmiş quru soğan, cəfəri, şüyüd və qaynadılıb didilmiş toyuq filesi doğranıb qarışdırılır. Zeytun yağı tökülür. Bir gün əvvəli hazırlanılan sousla qarışdırılıb servis edilir.

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018