“Şərq ulduzları” realiti-şou formatında olacaq - FOTOLAR

Azərbaycanda məşhur olan “Şərq ulduzları” telelayihəsi beynəlxalq səviyyədə həyata keçirəcək.

 

Bu barədə Aile.lent.az-a layihənin müəllifi, prodüser, yazıçı-ssenarist Sevinc Səfərova bildirib. O, “Şərq ulduzları”nı daha geniş şəkildə təqdim etmək niyyətində olduğunu deyib. 5 ildir təqdim olunan layihə artıq realiti-şou olacaq və bütün türk dünyasını əhatə edəcək: “Bu layihədə Şərq ölkələrdən seçilən uşaqlar çıxış edəcək. Bu o deməkdir ki, bu layihədə dinindən, dilindən asılı olmayaraq, səsi olan hər bir  uşaq iştirak edə biləcək. 5 il əvvəl bölgələrimizdən səsi və istedadı olan uşaqları ətrafımıza toplayıb belə bir layihə etmişdim. Sözügedən  layihəni etməkdə məqsədim aztəminatlı, maddi cəhətdən çətinlik çəkən, kasıb, lakin istedadı olan uşaqları bir araya toplayıb onları ölkəmizə tanıtmaqdan ibarət idi. Bunun üçün 54 rayona getdik, uzun sürən seçim turlarından sonra biz o uşaqları yığıb, paytaxta gətirdik. Həmin uşaqlar da bizim layihəmizin iştirakçılarına çevrildilər. Biz bir növ o uşaqlara cəmiyyətdə özlərini, öz mövqelərini tapmaq üçün vasitəçi olduq. Bu gün o uşaqların uğurlarını görəndə, həqiqətən də çox sevinirəm”.

 

Prodüser bildirib ki, sözügedən layihə üçün Hindistandan, Birləşmiş Ərəb Əmirliyindən və digər Şərq ölkələrində seçim turları edəcəklər. Layihənin məqsədi isə müxtəlif ölkələrdə yaşayan uşaqları bir araya toplamaqdan ibarətdir. Bu layihə ilə dünyaya dostluq, sülh mesajları ötürüləcək.  Sözügedən layihə 2017-ci ilin sonuna yaxın Amerika Birləşmiş Ştatlarında baş tutacaq. 

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017