Əməkdar artist: "Deyirlər, nə gündəsən..." - VİDEO

Əməkdar artist Ruhəngiz Allahverdiyeva gənc və təravətli qalmağının sirrini Ailem.az-a açdı. Heç vaxt imicini dəyişməyən müğənni hər kəsin onu belə qəbul etdiyini deyir. Sarı, uzun saçlarda görməyə alışdığımız Ruhəngiz xanım bir dəfə saçlarını qısa kəsdirib. O, qısa saçlar arzulasa da, deyəsən buna risk etmir. Saçlarının rəngini də heç zaman dəyişməyən əməkdar artist başqa rənglərin ona yaraşmadığını etiraf edir: “Bir dəfə saçlarım kare olub. Amma çox istərdim ki, lap qısa olsun. Yəqin ki, mahnıya, klipə uyğun olarsa, qısa etdirərəm”.

 

Müğənni onun imicini dəyişmək istəyənlərin olduğunu da bildirdi. Lakin sənətçi makiyaj və saç düzümünü heç kimə etibar etmir. Ruhəngiz xanım bunu özünün də bacardığını deyir: “Ola bilər nəyisə səhv edim, düz edim. Amma saç düzümü və makiyajı özüm edirəm. Çünki hər vizajist də bunu yaxşı bacarmır. Efir üçün makiyaj tamam başqa olmalıdır. Ola bilər ki, mən adi makiyaj edim, nəyisə artıq vurum, nəyisə düz etməyim”.

 

Ruhəngiz Allahverdiyeva hər zaman geyimləri ilə də fərqlənir. Xüsusi dərzisi olduğunu açıqlayan müğənni, bütün geyimlərinin ideyasının özünə məxsus olduğunu bildirdi. O, hətta bəzən dünya dəbini qabaqladığını da deyir. Sənət dostları və adi insanlar arasında da onun geyim ideyalarından bəhrələnənlər çox olub: “Çox olub mənə müraciət ediblər. Parça seçimini heç kimə etibar etmirəm. Özüm gedib seçməliyəm”.  

 

Geyindiyi paltarı da özünün hazırladığını deyən müğənni yaxşı dizayner, modelyer ola biləcəyini etiraf edir.

 

Ruhəngiz xanım qəlbində qalan bir arzusunu da dilə gətirdi: “Yaxşı aktrisa ola bilərdim. Heyf ki, keçdi, gecdir”.

 

Əməkdar artist onu tənqid edənlərin də olduğunu etiraf edir. Lakin müğənni yalnız səmimi tənqidləri qəbul edir: “Qısa geyinəndə tənqid edirlər. Bəlkə də düz deyirlər. Bir insanı hansı ampluada, hansı formada, elə də görmək istəyirlər. Baxır sözü necə deyirlər. Eləsi var deyir ki, nə gündəsən, sənə yaraşmır. Eləsi var deyir ki, belə etsən, yaxşı olar”.

 

Səhnəmizin "Barbi kuklası" adlandırılan sənətçi bu ada münasibətini də bildirdi: “Uşaqlar mənə bu adı qoyub, elə də qalıb. Ruhəngiz yaddan çıxır, "barbi" deyirlər. Gəlinciyə oxşadıblar da məni”.

 

 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017