Üzünüzün parıldamasını istəyirsinizsə, istiotu... - MASKA

Parlaq və sağlam üz dərisinə sahib olmaq qadınların xəyalıdır. Bəs acı bibərlə parlaq və sağlam dəriyə qovuşa biləcəyinizə inanırsınız? Acı bibəri birbaşa üzə sürtmək qan axımını sürətləndirir, dərinin canlı və parlaq olmasını təmin edir. Aile.lent.az-ın təqdim etdiyi bu maskanın da tərkibində istiot var.

 

​​Vəsaitlər:

 

- ½ stəkan tam yağlı süd

- Bir xörək qaşığı təzə sıxılmış limon

- Bir çimdik istiot

- Bir çay qaşığı toz darçın

- Yarım desert qaşığı bal

 

Hazırlanması:

 

Südü qazana töküb qaynadın. Qaynamazdan əvvəl içinə limon suyu əlavə edin. Daha sonra qaynayan südü ocaqdan götürün. Qaynadıqdan sonra içərisinə istiot, darçın da əlavə edin və qarışdırın. Soyuması üçün soyuducuya qoyun.

 

Sonra qarışımı üzünüzə sürtün. Göz ətrafınıza çəkməyin. 20 dəqiqə saxlayandan sonra yuya bilərsiniz.

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017