Azərbaycanlı müğənnilər aborta qarşı: “Öldürmə, ana” – VIDEO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Aydınlığa doğru" İctimai Birliyi "Öldürmə, ana" adlı layihə təqdim edib.

 

"Öldürmə ana" layihəsi ana bətnində tələf edilən körpələrə həsr olunub. Layihəyə tanınmış sənət adamları da cəlb edilib. Onların arasında xalq artisti Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Tünzalə Ağayeva, müğənnilər Samira və Samir Salam yer alır. Layihə çərçivəsində sənətçilərin ifasında “Öldürmə, ana” adlı mahnı yazılıb və klip çəkilib. Kompozisiyanın söz və musiqisi Elçin Elxanlıya, aranjemanı Namiq Zeynalova məxsusdur.

 

Ekran işinin rejissoru da Elçin Elxanlıdır. Sosial layihə barədə danışan rejissor layihənin təsadüfən ərsəyə gəlmədiyini deyib. O deyib ki, abort müasir dövrün əsas problemlərindən biridir. Bu layihə ilə yaradıcı heyət cəmiyyətə çağırış edir, çünki dünyada hər il 55 milyon körpə abortun qurbanı olur. Qafqaz ölkələri arasında Azərbaycan birinci sıradadır. Rejissor ümid edir ki, ən azından bu mahnını dinləyən, bu klipə baxan bir kəs abortdan imtina edəcək. 

 

 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017