Fotolarda gözəl görünmək istəyirsinizsə... - ÜSULLARI

Çox adam fotolarda gözəl düşmədiyini düşünür.

Lakin fotolarda yaxşı düşmək elə də çətin deyil. Bunun üçün yalnız bir neçə məqama diqqət etmək lazımdır. Aile.lent.az fotolarda gözəl görünməyin üsulları ilə sizi tanış edir.

 

1. Əllərinizi ombanızın üzərinə qoyduğunuz zaman bədəniniz olduğundan daha böyük görünər.

 

Qol dirsəklərinizi geri plana ataraq, əllərinizi göstərin. Üzünüzü bir az yana çevirməyi unutmayın.

 

2. Belinizi əsla sıxmayın.

 

Geyindiyiniz paltarların qırışması, büzülməsi, qatlanması sizi olduğunuzdan daha çəkili göstərə bilər.

 

3. Əllərinizi hara qoyacağınıza yaxşı qərar verin.

 

Dirsəklərinizin kamera bucağında olmamasına diqqət edin. Əllərinizin təbii və azad dayanmasını təmin edin.

 

4. Ağzınız yüngül açıq qalacaq formada, barmaq ucunuzla toxunuşlar etməyiniz sizi daha cazibədar göstərər.

 

Diqqət yetirməniz lazım olan məqam bunu çox kobud etmək yox, qayğılı görünmədən dayanmağınızdır.

 

5. Əllərinizi sərbəst buraxarkən ehtiyatlı olun.

 

Bir əlinizi belinizə qoyun, yüngülcə başınızı yana döndərin. Bu halda həm üz profilinizi, həm də bədəninizi vurğulamış olarsınız.

 

6. Gözlərinizi çəpləşdirməyin.

 

Dağınıq görünüş və gözəl dodaqlar daim gözəl görünür. Bu səbəbdən də başınızı bir az çevirib, barmaq uclarınızla üzünüzə toxunub, ağzınızı bir az açsanız, xoş bir görünüş əldə edərsiniz.

 

7. Gözlərinizi çaşqın kimi göstərməyin.

 

Təbii göz formanız daha gözəlidir.

 

8. Üzünüzü əllərinizin arasında saxlamayın.

 

Üzünüz görünəcək şəkildə əllərinizi istifadə edə bilərsiniz.

 

9. Əl işarələrini istifadə etmək doğru seçimdir.

 

Ancaq mədənizdən çox belinizin gözəlliyini vurğulamalısınız. Beləcə, daha möhkəm görünəcəksiniz.

 

10. Qaraqabaq baxış dodaqlarınızı səliqəsiz formada böyük göstərir. Bu da görünüşünüzü çirkinləşdirir.

 

Bədəninizi kameraya doğru yüngülcə çevirərək baxmağınız daha düzgündür. İstəsəniz, qolunuzu fərqli mövqedə qoya bilərsiniz.

 

11. Boynunuzu nə qədər göstərdiyinizə diqqət edin. Boynunuzu vurğulamaq üçün çənənizi qaldırmayın.

 

Bunun əvəzinə çənənizi yüngülcə yana çevirə bilərsiniz. Əlinizi sərbəst formada çiyininizə dəydirsəniz, boynunuzu təbii olaraq vurğulamış olarsınız.

 

12. Əllərinizlə hərəkətlər etməyə ehtiyac yoxdur.

 

Onları hər zaman rahat buraxın.

 

13. Əgər boydan şəkil çəkdirirsinizsə, bədəninizi qırmayın.

 

Təbii və gərgin olmayan mövqelər istifadə edin. Ayağınızı çölə çıxara bilərsiniz.

 

14. Boydan yaxşı bir şəkil çəkdirmək üçün kiçik bir ipucu da "S" hərfinə bənzəməyə çalışmaqdır.

 

Çənənizi bir az yuxarı qaldırıb, bir ayağınızı digərinin önünə qoysanız, daha zərif görünərsiniz. 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017