"Rəqs edərkən doğa bilərəm?! - FOTOLAR

Amerikalı aktrisa və rəqqas Gemma Marin Alexandra adlandıracağı qızını qucağına almağı həyəcanla gözləyir. 

Ancaq o, hamiləliyin 41-ci həftəsi olmasına baxmayaraq, körpənin dünyaya gəlmək niyyəti yoxdur. Odur ki, Gemma doğuşu sürətləndirməyin yolunu tapıb. O, həyat yoldaşı İsrael Duffusla hər gün rəqs edir.

 

Cütlüyün rəqsləri hər kəs tərəfindən maraqla qarşılanıb. Gemma instagram səhifəsində paylaşdığı videoya belə şərh verib: "Hər şeyi sınadıq! Ədviyyatlı yeməklər, salatlar, çaylar, piyada yerimək, seks, şokolad... Hətta dünən yenə rəqs etdik. Alexandra deyəsən qarnımda çox rahatdır. Necə fikirləşirsiniz, rəqs edərkən doğa bilərəmmi?!"

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018