Həftəsonu Gənc Tamaşaçılar Teatrında nələr olacaq? - AFİŞA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 2 gün ərzində Gürcüstanda yaşayan soydaşlarımız və gürcü məktəbliləri üçün Pərvinin “Dəcəl keçi” tamaşasını nümayiş etdirəcək.

 

Daha sonra ADGTT-nın truppası 3 gün Vladiqafqaz şəhərində Şimali Osetiya Dövlət Gənc Tamaşaçılar və 2 gün Çeçenistan Respublikasında sözügedən tamaşanı göstərəcək.

 

Kollektivin digər üzvləri isə paytaxt Bakıda aprel ayının 22-də saat 12.00 və 14.00-da məktəblilər üçün A.Şaiqin “Tıq-tıq xanım”, axşam saat 19.00-da böyüklər üçün Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, 23 apreldə isə saat 12.00 və 14.00-da məktəblilər üçün P.Pançevin “Dörd əkizin nağılı”, axşam isə şəhərimizin sakinləri və xarici qonaqlar üçün məşhur dramaturq Martin MakDonaxın “Lineynin gözəllik kraliçası” tamaşalarını nümayiş etdirəcək.

 

Məbləği 5-8 AZN olan tamaşa biletlərini şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından və Asan xidmət filiallarından əldə edə bilərlər.

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018