Gənc tamaşaçılar üçün həftəsonu – REPERTUARI

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) bir qrup kollektivi hazırda Gürcüstandadır.

Yaradıcı heyət Tbilisidə Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 2 gün ərzində Pərvinin “Dəcəl keçi” tamaşasını nümayiş etdirəcək. Teatrdan verilən məlumata görə, daha sonra ADGTT-nın truppası 3 gün Vladiqafqaz şəhərində Şimali Osetiya Dövlət Gənc Tamaşaçılar və 2 gün Çeçenistan Respublikasında həmin səhnə əsərini təqdim edəcək.

 

ADGTT-nın başqa heyəti isə RF-in İvanov vilayətində Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə aprel ayının 22-də çıxış edəcək.

 

Lakin teatr Bakıd aolan tamaşaçılarını da unutmur. Aprelin 22-i saat 12.00 və 14.00-da məktəblilər üçün “Tıq-tıq xanım”, axşam saat 19.00-da böyüklər üçün “Mən səni sevirəm – MSS”, aprelin 23-də saat 12.00 və 14.00-da məktəblilər üçün “Dörd əkizin nağılı”, axşam isə “Lineynin gözəllik kraliçası” tamaşalarını nümayiş etdirəcək.

 

Qiyməti 5-8 AZN olan tamaşa biletlərini şəhərin bütün mərkəzləşdirilmiş kassaları və Asan xidmət filiallarından əldə etmək olar.

 

 

 

 

 

 

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017