Xalq artisti: “İtimi ərə vermişəm, ev-eşiyi də var” - VİDEO

Heyvansevər məşhurlardan biri də xalq artisti Səməd Səmədovdur. O, 5 dənə nadir cinsdən olan it saxlayır. Müğənni Ailem.az-a müsahibəsində bildirib ki, bağ evində itləri üçün xüsusi şərait yaradıb. Bu itlərin qiyməti isə heç də ucuz deyil: "Beş dənə labrador cinsindən olan itim var. Böyük, çox ağıllı, kamallı itlərdir. Bilirəm ki, Putin və Obama da labrador cinsini sevirlər. Bu itləri mənə hədiyyə veriblər, Moskvadan gətiriblər. Balaca, bir aylıq labrador min dollardır. İndi artıq böyüyüb, ərə vermişik, iki dənə balası var. Bağın bir hissəsi onlarındır, evləri-eşikləri. Orada ağaclar var, hər şərait düzəldilib".

 

S. Səmədov itlərinə xüsusi qulluq etdiyini, onlara xüsusi yeməklər verdiyini deyir. Müğənni itləri ilə gözəl və əyləncəli vaxt keçirdiyini də vurğuladı. Hətta gümrah qalmağını itlərinə borclu olduğunu etiraf edir: "Mayın 15-dən havalar bir az isinsin, onları 2 gündən bir qaç-qaça aparıram dənizə, həm özüm çimirəm, həm onlar çimir. 40-45 dəqiqə sudan çıxmırıq. Sonra qaça-qaça gəlirik bağa. 2,5 km yolu gedirik və geri qayıdırıq, olur 5 km. Ona görə mən belə formadayam. Onlara “pediqril”, “çapi” yeməkləri verirəm. Hardasa restoranda oturanda yoldaşıma deyirəm ki, artıq qalan sümükləri aparaq itlərə verək. İldə bir dəfə onlara iynə vurdururuq, üç aydan bir qurd dərmanı verirəm, gənə üçün sprey vururam. Yəni ki, təmiz saxlayıram. Çünki mənim 6 nəvəm var, onlar gəlib itlə oynayırlar, gənə keçə bilər. Ona görə mən itlərə super qulluq edirəm".

 

Yəqin ki, çoxlarınız S. Səmədova Nadir Qafarzadənin itlərini evləndirmək istədiyini xatırlayırsınız. Müğənni bunun bir şou olduğunu açıqladı. O, ötən gün itlərini evləndirən və onlar üçün məclis təşkil edən iş adamının bu addımını da təəccüblə qarşılamadı. Özü itinə təntənəli məclis qurmağı düşünməyən xalq artisti itlərin insana ən yaxın canlı olduğunu deyir: "O sadəcə şou idi, guya itlərimizi evləndirəcəyik. Məndə taksa idi, uzun it, onda da yadımda deyil hansı cins idi. Elə-belə qurma idi bu, guya itlərimizi evləndiririk. Alimlər sübut edib ki, insanı nə qədər çox tanıyırsan o qədər itə hörmətin artır. İtdən etibarlı heç nə ola bilməz".

 

Xalq artisti hətta itinin onun həyatını xilas etdiyini də deyir. Uzun illər əvvəl saxladığı it sahibi üçün canını qurban verib: "Mənim iki itimdən biri 18 il yaşayıb, o biri 14 il. Bir gün darvazanı açanda it qaçıb məni qarşılamağa, maşın onu vurub 10 metr kənara tullayıb. Ağsaqqallar mənə dedi ki, o zərbə mənə dəyə bilərdi, heyvan o zərbəni götürüb özünə". 

 

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017