İt 380 kilometri qət edib, sahibinə qovuşdu

Böyük Britaniyada Pero ləqəbli it 380 kilometrlik yolu qət edərək, öz sahibinə qovuşub. Heyvan Penrin-kok şəhərindən Kokermuta doğru məsafəni qaçaraq gəlib. Heyvanın sahibi Alan Ceyms Peronu digər şəhərdəki evində qoyub.

 

Amma it orda öz sahibini gözləmək istəməyib və aradan 12 gün sonra evinə qayıdıb. 54 yaşlı Ceyms izah edib ki, bu cinsdəki itlər bir sutka fasiləsiz olaraq məsafə qət edə bilərlər. Amma itin öz doğma evini necə tapması sual olaraq qalır.

 

Fermerin həyat yoldaşı Şen isə deyir ki, it bu qədər məsafəni fasiləsiz və yardım almadan gələ bilməzdi. Onun fikrincə, yolda heyvansevərlərdən kimsə onun rastına çıxıb, onu yedizdirib və yola davam etməsinə yardım edib.

 

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017