Limon dənələrini atmayın, əkin - FOTO İZAH

Bir çox insan evində limon ağacı yetişdirmək istəyir. Lakin çoxları bunun asan olmadığını düşünür. Demək ki, siz limon dənəsindən yenidən limon yetişdirməyin mümkün olduğunu bilmirsiniz. Ailem.az limon dənəsindən limon yetişdirməyin yolları ilə sizi tanış edir.

 

1-ci addım. Əvvəlcə limonları dilimlərə bölün. Dənələrə zərər vermədən içərisindən çıxarın.

 

2-ci addım. Çıxardığınız dənəni salfetlə yaxşıca qurulayın.

 

3-cü addım. Dənələrin üzərindəki ağ pərdəni soyun.

 

4-cü addım. Bez və ya salfet parçasını suyla yaxşıca isladın.

 

5-ci addım. Soyduğunuz dənələri bir-birindən aralı şəkildə salfetə düzün və dördbucaq formada qatlayın. Üzərini təkrar isladın.

 

6-cı addım. İçərisində limon dənələri olan salfeti 4 həftə ağzı bağlı sellofan torbada saxlayın. 4 həftə sonra açanda dənələrin cücərdiyini görəcəksiniz.

 

7-ci addım. Cücərmiş dənələri torpaq dolu dibçəyə əkin və sulayın. 

 

2 aydan sonra cücərdiyini görəcəksiniz!

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017
09 Avqust 2017