Ayı "ərindən" ayrılandan sonra öldü

21 ildir ABŞ-ın San Diego şəhərində yerləşən “SeaWorld” zooparkında saxlanılan Szenja adlı qütb ayısı depressiyaya düşərək ölüb.

 

Ailem.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dişi qütb ayısı orada erkəyi Snowflake ilə yaşayırmış. Lakin üç ay əvvəl onları ayırırlar və fərqli zooparkalara yerləşdirirlər. Heyvanları müdafiə təşkilatı onları ayırmamaq üçün kampaniyaya başlasa da, bu, heç bir nəticə vermir. Etirazlara baxmayaraq, ayı cütlükləri bir-birindən ayrılır. Bir neçə həftə sonra Szenja ölür. Dişi ayının ölümünə depressiyanın səbəb olduğu iddia edilir. Depressiyanın səbəbi isə onun 20 illik erkəyindən ayrılması olur. 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018