Tül pərdələri belə ağardın - ASAN YOLLARI

Qaralmış tül pərdələr bütün qadınların ortaq kabusudur. Fərqli kimyəvi yuyucu məhsullar istifadə etmənizə rəğmən tül pərdələrinizi ağarda bilmirsinizsə, sizə məsləhət görəcəyimiz bu üsullar kabusdan xilasınız olacaq. Tül pərdələriniz əvvəlki bəyazlığına qovuşacaq. Aile.lent.az tül pərdələri ağartmağın bir neçə asan yolunu təqdim edir.

 

- Pərdələri yuyacağınız suyun içinə və ya paltaryuyan maşına 2 yemək qaşığı şəkər tozu əlavə edin.

 

- Ya da ki pərdələri islağa qoyacağınız suya yumurta qabıqları da əlavə edin, bir az gözlədikdən sonra yuyun.

 

- Əgər tülləriniz paltaryuyan maşından çıxdıqdan sonra istədiyiniz kimi ağ olmayıbsa, su dolu vannanın içərisinə bir stəkan ammonyak əlavə edin. Pərdələri 2 saat bu suda saxlayın. Sonra pərdələrinizi yenidən maşına atın.

 

- Neylon pərdələrin parlaq və səliqəli qalması üçün yuduqdan sonra təmiz suya duz töküb qarışdırın, durulayın, elə islaq-islaq asın.

 

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017