Kartofun içində gül necə əkilir? - FOTOLAR - VİDEO

Fenyutas adlı YouTube internet kanalı istifadəçilərindən birinin paylaşdığı kartof gülü videosu 5 milyondan çox izlənilib. Bu videonu maraqlı edənsə kartof gülünün necə yetişdirilməsi olub. Ailem.az kartof gülünün yetişdirilməsi üsulunu addım-addım təqdim edir.

 

Vəsaitlər:

 

- Kartof

- Gül budağı

- Plastik şüşə

 

Kartoflara gül budağı sığacaq ölçüdə dərin deşik açın. Bu dəliyə gül budağını yerləşdirin. İçinə bir miqdar torpaq atdığınız dibçəyə kartofları qoyun. Dibçək kifayət qədər dərin olmalıdır. Üzərinə qab dolana qədər torpaq tökün. Plastik şüşənin qapağını açıb alt hissəsini kəsin. Onunla gülün üzərini bağlayın. Gül budaqları şüşələrin içində olmalıdır. Daha sonra şüşənin xaricində qalan torpağı sulayın.

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017