Dünyanın ən gözəl və məşhur müsəlman ulduzları - FOTOLAR

Milyonların həsəd apardığı müğənni, model, aktyor, aktrisa.... Heç ağlınıza gəlməyən çox sayda məşhurlar arasında əslində müsəlman mənşəli olanlar az deyil. Ailem.az dünya miqyasında tanınan müsəlman məşhurlarla sizi də tanış edir.

 

Son illər ulduz kimi parlayan, “Victoria Secret”in mələkləri arasında yer alan məşhur maniken Gigi Hadid Orta Şərq və Fələstin mənşəlidir. Onun atası müsəlman, anası isə xristiandır.

 

Hadid bacılarından bir olan Bella Hadid də hər fürsətdə müsəlman olduğunu dilə gətirir. Tərzi ilə hər zaman fərqlənməyi bacaran Bella hətta müsahibələrinin birində müsəlman olmaqdan qürur duyduğunu deyib.

 

Maykl Ceksonun bacısı Canet Cekson müsəlman dinini qəbul etdikdən sonra hicablanıb. O, müsəlman olduqdan sonra gözlərdən uzaq bir həyat sürməyə başlayıb.

 

"Oscar" qazanan ilk müsəlman aktyor Mahershala Alidir. “Moonlight” filmi ilə bənzərsiz obraz yaradan məşhur aktyor istedadı və qabiliyyəti ilə seçilir.

 

Keçmiş maniken İman Abdulmacid də müsəlman ulduzlar arasındadır. O, eyni zamanda David Bouienin həyat yoldaşıdır.

 

Gənclərin sevimlisi Zayn Malik də müsəlmandır. Pakistan əsilli məşhur müğənnin anası xristian, atası müsəlman olduğu üçün o, hər iki dinin bayramlarını qeyd edir.

 

Livanda doğulan Amal Clooney müsəlman kimi böyüyüb və yaşayır. Geyim tərzi ilə yanaşı vəkil kimi də tanınan A. Clooney məşhur aktyor Geoge Clooney ilə ailə qurduqdan sonra daha çox tanınır.

 

Shaquille O'Nealin ögey atası müsəlmandır. Buna görə də o, müsahibələrindən birində müsəlman olduğunu etiraf edib. Ancaq S. O'Neal çox zaman din mövzusunda olan söhbətlərdən yayınır.

 

Ssenarist, yazıçı, komediya ustası və prodüser Əziz Ansari on barmağında on bacarığı olan insan kimi tanınır. Ə. Ansarinin ateist olduğu deyilsə də, əslində islam adət-ənənəsinə uyğun böyüyüb.

 

Aktyor David Chappelle də müsəlman məşhurlar arasındadır. Lakin məşhur aktyor müsəlman olması barədə tez-tez söhbət açmır. 

 

Həyat tərzi, şəxsi həyatı ilə tez-tez gündəmə gələn Lindsay Lohan sosial şəbəkədə müsəlman olduğunu etiraf edib. Məşhur ulduzun hətta baş örtüyündə fotosu da var.

 

Məşhur reper və aktyor İce Cube da müsəlman olan məşhurlar arasındadır. Ancaq o, şəxsi həyatını bir az rahat və gizli yaşamağa üstünlük verir.

 

Müğənni Mos Def də müsəlmandır. Hər zaman azad düşüncəsi ilə diqqət cəlb edən müğənni atası sayəsində islama keçdiyini etiraf edib.

 

Akon da müsəlman ulduzlar arasındadır. Onun atası müsəlmandır. Çoxarvadlılığı müdafiə edən Akon buna görə tənqidlərə də tuş gəlir.

 

Reper Nasın ailəsi müsəlman olduğu üçün o da bu inanca bağlıdır. Nas son illər xüsusilə islama uyğun həyat tərzi yaşayır. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018