Üzündəki ləkə onu məşhur etdi: “Utanmıram...”FOTOLAR

Peşəkar rəqqasə olan 22 yaşlı Cassandra Naud sol gözünün altında böyük bir xal ləkəsi ilə dünyaya gəlib. Ancaq o, bu görünüşünə görə kompleks keçirmir və sevdiyi işlə məşğul olmağa davam edir.

Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, bir çox insan ona əməliyyat etdirməyi məsləhət görüb. Lakin Cassandra ləkəsindən xilas olmaq fikrini rədd edir. Hətta bu fərqli görünüşü ilə qürur duyduğunu deyir. Xalın üzərindəki tük də onu narahat etmir: “Bu doğuş ləkəsi mənim bir parçamdır. Bu ləkə mənə fərqlilik və özünəməxsusluq verir. Bu isə mənim karyeram üçün əhəmiyyətlidir”.

 

Uşaq vaxtı bu xala görə həmyaşıdları ondan uzaq qaçıblar. O vaxtlar bu, Cassandraya pis təsir edirdi. İndi isə əksinədir, hər kəs bu xala görə onun başına toplaşır: “Uşaqların mərhəmətsiz mühakimələri ilə başa çıxmaq olduqca çətin idi. Mən buna görə çox göz yaşları axıtmışam. Özümü o anda çirkin hiss edirdim. Lakin zaman dəyişir. Heç bir əngəlin səni durdurmasına icazə vermə və özünə xas görünüşünlə qürur duy. Doğuş ləkəsinə sahibi olmaq məni digərlərindən fərqləndirir və bu, məni heç vaxt utandırmır”. 

 

Üzündəki bu xal ona sevgisini tapmasına da mane olmayıb.

 

Ailem.az Cassandra Naudun fotolarını təqdim edir.

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017