Bu masturbasiya nəmənə olan şeydir?

Ailem.az psixoterapevt Şəbnəm Sadıqovanın masturbasiya haqda yazısını təqdim edir.

 

Əsrlərdir masturbasiya haqqında qulaqdan-qulağa gəzən xürafatlar səbəbindən çox insan səhv məlumatlanmışdır. Onlardan bəziləri:

 

- Gözü kor edir
 

- Boyun uzanmağını əngəlləyir
 

- Psixi xəstə edir


– Epilepsiya yaradır
 

- Masturbasiya edənin uşağı olmur
 

- Vərəm xəstəliyi yaradır
 

- Spermanı azaldır
 

- Yaddaşı zəiflədir
 

- Şikəst edir və s.
 

Masturbasiyanın hər hansısa fiziki zərəri olduğuna dair heç bir ciddi araşdırma və ya yazı yoxdur. Lakin nə olduğuna və faydalarına dair kifayət qədər elmi araşdırma və yazı mövcuddur. 19-cu əsrin sonları, 20-ci əsrin başlanğıcında masturbasiya ilə bağlı bu tip yanlış inanclar qismən aradan qaldırıldı. 1880-ci ildə bir çox xəstəliklərə masturbasiyanın deyil, mikrobların yol açdığı aşkarlandı. 1900-cü illərdə isə yenə masturbasiyanın yol açdığı xəstəlik sayılan vərəmin bakteriyalardan qaynaqlandığı ortaya çıxdı. Beləcə, bu iki böyük həcmli hadisə masturbasiyanın üzünü ağ çıxarmağına kömək etdi. İnsanların da masturbasiya ilə bağlı yanlış bilgi və qorxuları azalmağa başladı. Lakin dövrümüzdə hələ də bu mövzu tabu olaraq qalıb.

 

Kinsey araşdırmalarında göstərir ki, kişilərin 92% (1948), qadınların isə 62%-i (1953) masturbasiya edir. Qadınlar kişilərlə müqayisədə masturbasiyaya daha gec yaşlarda başlayırlar. Evlilik dövründə sıxlığı artmağa başlayır.
 

Kişilərdə masturbasiyaya asılılıq yaranarsa, bu, onların cinsi birləşmədən alınan həzzinə təsir göstərə bilir. Bu, bir az da kişinin ilk cinsi əlaqə təcrübəsinin nə dərəcədə doyurucu olub-olmamağından asılıdır. Qadınlar da masturbasiya üçün istifadə etdikləri erotik instrumentlərdən genital bölgələrinin zərər görməməsi üçün diqqətli olmalıdırlar.

 

Masturbasiya cinsəlliyə, cinsi sağlamlığa zərər verməz. Əksinə, şəxsin cinsi duyğularını öyrənməsi və ehtiyac duyduğunda təmin etməsinin ən asan və əlçatan yoludur.
Ayrıca, insanların cinsi fantaziyalarını fərq etmələrini, nələri arzulayıb-arzulamadıqlarını öyrənməklərinə də yardımçı olur. Heç vaxt masturbasiya etməmiş, ya da müntəzəm olaraq məşğul olmamış kəslər evləndiklərində cinsi həzzi yaşamaqda çətinlik çəkirlər. Bəsit bir uyarılma səviyyəsini orqazm zənn edirlər. Nizamlı cinsi həyatı olan insanlarda masturbasiya sıxlığında azalma müşahidə olunur. Masturbasiya cinsi gücü azaltmaz. Əksinə, fərdin heç bir cinsi fəaliyyəti olmayan zaman masturbasiya cinsi orqanın fiziologiyasının sağlam qalmasına kömək edir.

 

Masturbasiya ilə bağlı digər yanlış anlaşılmalardan biri də evli cütlüklərdən birinin digərini masturbasiya edərkən gördüyündə, bunu xəyanət olaraq anlamasıdır. Evli birinin hərdən masturbasiya etməsi, yoldaşını sevmədiyi, ya da başqasını arzuladığı mənasını verməz.

 

Cinsi disfunksiyaların müalicəsində də masturbasiyanın yardımı uzun illərdir özünü təsdiq etmişdir. Masters və Johnson 1970-ci ildə cinsi disfunksiyaların nə dərman, nə də əməliyyat, yalnızca psixoterapiya vasitəsilə müalicəsini etmiş, çox sayda araşdırma və kitab yayımlamışdır. Terapiyalar fərdlərlə deyil, cütlüklə aparılmağa başlamışdır və onların yataq problemlərini necə danışıb-həll edəcəklərinə yardımçı olunmuşdur. O dövrlərdə bu metodun uğuru 80% idisə, günümüzdə 100%-ə yüksəlmişdir.

 

Bir şeyə olmaz, zərərlidir və ya faydalıdır demək yetərli deyildir. Bunun haqqında yaxşıca məlumatlı olmaq və əsaslandıra bilmək lazımdır. Ən çox da ona görə vacibdir ki, bütün bu qadağalar, tabular və yetişdirildiyiniz şəraitdən asılı olaraq masturbasiya sonrası güclü günahkarlıq hissləri yarana bilir. Gün ərzində ən az 2 dəfə müraciət etdiyiniz masturbasiyanın zərərli olduğunu iddia edərək, əslində özünüzdə günahkarlıq duyğusunu xronikləşdirirsiniz. Bundan qurtulmanın yolu maariflənməkdən keçər. (shebnemsadigova.com)

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017