İt diri-diri basdırılmış körpəni xilas etdi - VİDEO

Çinin Çzyançzin şəhərində it diri-diri basdırılmış uşağı xilas edib.

Aile.lent.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Sun” məlumat yayıb.

 

İtin sahibi heyvanın var gücü ilə torpağı qazdığını görüb. O, torpaqda parçaya bükülmüş ağlayan körpə aşkar edib.

İtin xilas etdiyi uşağın təxminən bir aylıq olduğu bildirilib. Körpə aşağı temperatur və zəif ürək döyüntüsüylə xəstəxanaya çatdırılıb. Hazırda o, həkim nəzarəti altında saxlanılır.

Polis uşağın valideynlərini axtarır. İlkin ehtimala görə, valideynlər səhvən uşağın öldüyünü düşünüblər və onu diri-diri basdırıblar.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018