Əlinizdəki balıq qoxusunu bu cür təmizləyin – SADƏ YOLU

Diş məcununun təkcə dişləri təmizləmək üçün bir vasitə olmadığını bilirsinizmi? Demə, bu məcun başqa xoşagəlməz hallardan da xilas edir. Ailem.az diş məcununun fərqli istifadə qaydaları ilə sizi tanış edir.

 

Xoşagəlməz qoxuları uzaqlaşdırır

 

Evdə hər hansı iş gördükdən və ya balıq təmizlədikdən sonra əllərinizdən xoşagəlməz qoxu gələ bilər. Bu cür hallarda bəzən sabun belə, köməyə çata bilmir. Lakin diş məcunu sizi bu qoxudan xilas edəcək. Əllərinizə bir az məcun sıxın, hər tərəfinə yaxşıca yayın, sürtün, sonra yuyun. Heç bir qoxu qalmayacaq.

 

Yara izlərini aradan qaldırır

 

Hətta dərialtı və dəriüstü ləkələr, izlər diş məcununun köməyi ilə aradan qaldırıla bilər. Göyərmiş hissəyə məcun çəksəniz, rəngi açılacaq. Hətta bəzi diş məcunlarının tərkibində nanə olduğu üçün yaranan ağrıları da aradan qaldırır.

 

Xalça və palazları təmizləyir

 

Xalça və palazlarda olan ləkələri diş məcunu aradan qaldıra bilər. Həmin hissəyə su ilə bərabər bir miqdar məcun yayın, bir az saxlayın, sonra yuyun.

 

Saç boyası ləkəsini aparır

 

Xanımları narahat edən məqamlardan biri də saçlarına boya qoyduqdan sonra rəngin üz dərisində qalmasıdır. Bu halda diş məcunu köməyinizə çatacaq. Saç boyası ləkəsi olan yerlərə diş məcunu sürtün, az keçdikdən sonra yuyun. Heç bir iz qalmayacaq.

 

Dırnaqları möhkəmləndirir

 

Keyfiyyətli diş pastasının tərkibində kalsium var. Bu maddə isə dişləri qoruyur. Əgər siz eyni prosesi dırnaqlarınızla da həyata keçirsəniz, onları möhkəmləndirmiş olarsınız. Bir miqdar diş məcununu fırçanın üzərinə sıxın və 15 dəqiqə dırnaqlarınızı təmizləyin.

 

Telefonun üstündəki çatları aradan qaldırır

 

Bir çox telefonlarda çat izləri qala bilər. Bu halda diş məcununu yumşaq bezlə həmin yerə çəkin, sonra isə ehmalca yuyun. Ekran əvvəlki görünüşünə qayıdacaq.

 

 

 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017