Musiqili Teatrda bu həftə 7 tamaşa göstəriləcək - AFİŞA

Bu həftə Azərbaycan Dövlət Musiqili Teatrında 7 tamaşa nümayiş olunacaq.

Musiqili Teatr “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edir. Teatrın İslamiadanın ikinci həftəsi üçün olan repertuarı da maraqlı tamaşalarla zəngindir. Belə ki, 16, 17, 19, 20, 21 may tarixlərində saat 12.00 və 19.00-da “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Silva” (İ. Kalman), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Düyməcik” (H.K. Andersen) və “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşaları təqdim olunacaq.

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar – azarkeşlər, turistlər, yarış iştirakçıları Ü. Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, O. Kazimi və R. Heydərin “Qızıl toy” tamaşalarını ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə izləyə biləcəklər.

 

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 may saat 19.00-da İ. Kalmanın “Silva” operettası böyüklər, 21 may saat 12.00-da H.K. Anderseninn “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ə. Səmədlinin “Meşə çaqqalsız olmaz” əsəri 20 may saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək. 

 

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017