Məşhur model: “Ombamın daha da böyük olmasını istəyirəm” - FOTOLAR

“Versace” brendinin 24 yaşlı məşhur modeli Jennifer Pamplona “gəlincik” bədənə sahib olmaq üçün estetik əməliyyatlara 180 min dollar xərcləyib. Lakin həkimlərin etirazlarına baxmayaraq, braziliyalı model ombasını bir az da böyütməyə qərarlıdır.

 

Aile.lent.az-ın xarici mediaya istinadən məlumatına görə, modelin estetik asılısı olmağının səbəbi yetkinlik yaşında aldığı psixoloji travma olub. Belə ki, yetkinlik dövründə çox arıq olduğu üçün hər zaman lağ və zarafat obyektinə çevrilib. Bundan sonra o, estetik əmliyyatlar keçirməyə başlayıb.

 

İlk estetik əməliyyatını 17 yaşında keçirib. Döşlərinə silikon qoyduraraq böyüdüb. Sonra dörd qabırğasını çıxartdırıb. Liposaksiya, burun estetikası, yanaq dolğusu, ombaya yağ inyeksiyası kimi bir çox əməliyyatlar etdirib.

 

Ötən həftə televiziya proqramlarından birində qonaq olan model ombasını bir az da böyütmək istədiyini bildirib. Lakin orqanizmi zəif olduğu üçün həkimlər bu əməliyyatdan sağ çıxa bilməyəcəyinə dair xəbərdarlıq ediblər. Buna rəğmən Pamplona qərarını dəyişmək istəmir: “Ombamın daha da böyük olmasını istəyirəm. İnsanlar buna ehtiyacım olmadığını söyləyirlər. Ancaq bu, özgüvənim üçün lazımdır”. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017