Kosmetoloqa getmədən evdə gözəlləşin – QAYDALAR

Hər qadın gözəl və baxımlı dəriyə sahib olmaq istəyir. Bunun üçün bir-birindən fərqli üsullar sınayır. Lakin baxımlı və gözəl olmaq üçün hökmən bahalı məhsullar istifadə etməyə lüzum yoxdur. Kosmetoloqa getmədən, artıq pul xərcləmədən, ev şəraitində də gözəlləşmək mümkündür. Təbii ki, bəzi qaydalara əməl etməklə. Ailem.az onları təqdim edir.

 

Bol su üçün: Bol su içmək dərini daxildən nəmləndirir. Sağlamlıq baxımından probleminiz yoxdursa, gündə 2 litr su içməkdə fayda var. Çay və qəhvə yerinə su için. Çünki çay, qəhvə kimi içkilər sidik gətirici təsirə malikdir, bədəndə olan suyun itkisinə səbəb olur.

 

Nəmləndirici krem ​​istifadə edin: Xüsusilə quruyan, qabıqlanan və yaşlanan dərini bu təsirlərdən qoruyur. Həm gözaltına, həm də bütün dəriyə tətbiq olunan növləri var. Təbii nəmləndirici tərkibli (xüsusilə zeytun yağlı) olanları istifadə edin.

 

Bütün fəsillərdə qoruyucu vurun: Ləkə və yaşlanmadan qorunmaq üçün günəş qoruyucular yalnız yayda deyil, qışda da istifadə edilməlidir. Bunları seçərkən kimyəvi filtrlərlə yanaşı, əlavə olaraq fiziki filtrli də olmasına diqqət edin.

 

Yağlı dərilər tez-tez təmizlənməlidir: Yağlanma akne yaranmasına və mikrob törəməsinə zəmin yaradır. Bu səbəbdən də yağlı dəri tez-tez yuyulmalıdır. Sabun şərt deyil, əsas odur istifadə etdiyiniz məhsul antiseptik və təbii olsun.

 

Qidalanma əhəmiyyətlidir: Tərəvəz, meyvə kimi vitaminlərlə zəngin yemək yeyin. Kifayət etmirsə, vitamin qəbul edə bilərsiniz. Bu baxımdan biotin, C və E vitaminləri və sinkin əhəmiyyəti böyükdür.

 

Siqaretdən uzaq durun: Çay, qəhvədən az istifadə edin. Siqaretdən da qəti uzaq dayanın.

 

İdman edin: İdman və məşq çox əhəmiyyətlidir. Ancaq dəri sağlamlığı üçün idman və məşq salonları yerinə açıq havada idmanı seçin. 

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017