“Karib dənizinin quldurları 5” Bakıya gəlir

Bakıda “Park Cinema” kinoteatrlar şəbəkəsində “Karib dənizinin quldurları 5: ölülər nağıl danışmır” filmi nümayişə başlayacaq.

Mayın 23-24-də “Flame Towers”də ekran işinin premyerdan öncə nümayişi olacaq.

 

Filmin beşinci hissəsi Kapitan Cek Sparrow-nun (Conni Depp) səgüzəştlərinin ardıdır. Onun çoxdankı düşməni kapitan Salezar (Havyer Bardem) xəyalətlərdən ibarət dəstəsi ilə Kapitan Cek Sparrow-nun axtarışındadır. Kapitan Hektor Barbossa (Ceffri Raş) axtarışlarda onlardan heç də geri qalmır. Ceki xilas etməyə isə yalnız Poseydonun üçdişli yabası qadirdir. Sözügedən artefakt nəinki bəlalardan xilas edəcək, hətta bütün dənizlər üzərində hakimiyyəti də verəcək. Lakin kapitan Cek bilir ki, kapitan Hektor Barbossanın köməyi olmadan işin öhtəsindən gələ bilməyəcək, çünki digər güclü artefakt – Qara Saqqalın qılıncı Barbossanın əlindədir.   

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017