Saçlarını boyayan xanımları gözləyən TƏHLÜKƏ

Araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif ölkələrdə yaşayan qadınların çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində onkoloji xəstəliklərin inkişafı üçün provokator rolunu oynayan maddələr var.

 

Bir çox boyaların tərkibində olan ikinci dərəcəli aminlər kimi xüsusi kimyəvi maddələr o səbəbdən təhlükəli sayılır. Onlar havada olan müxtəlif birləşmələrlə (misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə ən güclü kanserogen birləşmələr ifraz olunur. Ən təhlükəlisi odur ki, ikinci dərəcəli aminlər, baş dərisinə uzun müddətli (aylar və hətta illərlə) çökə bilirlər.

 

Bununla məlum olur ki, boyani nə zaman istifadə etməyinizdən və hansı boya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünüzü böyük təhlükəyə atmış olursunuz. 2009-cu ildə alimlər və həkimlər xəbərdarlıq etmişdilər ki, saçların tez-tez boyanması (ildə 9 dəfədən artıq) leykemiya təhlükəsini 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kisəsi xərçənginə gətirib çıxaran bir çox boyaların satışı qadağan edilib. (musavat.com)

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017