Qadının həyatdakı ən gözəl işi... - Bu FOTOLARda utanmalı heç nə yoxdur

Məşhur fotoqraf İvette İvens “Breastfeeding Goddesses” (“Əmizdirən ilahələr”) adlı layihə həyata keçirib. Bu layihədə uşaq əmizdirən qadınların fotoları toplanıb.

 

Ailem.az-ın xarici mətbuata istinadən məlumata görə, İvette iki uşaq anasıdır. Oğlunu 3 yaşına qədər əmizdirib. Qızı isə 10 aylıqdır və hələ də ana südü ilə qidalanır.

 

İvette bu layihənin ideyasının necə yarandığını da açıqlayıb: “Bu fikir ağlıma oğlumu əmizdirən zaman çəkdirdiyim fotonu paylaşdığım gün gəldi. O fotonun altına o qədər neqativ, nifrət dolu şərhlər yazılmışdı ki... Bu, məni çox incitdi. Bu qədər təbii və gözəl bir şeyin bu qədər qorxulu bir şey olaraq təsvir ediləcəyinə inana bilmirdim. Mən də o şərhlərə cavab vermək əvəzinə hirsimi belə bir layihəylə çıxdım. O ümidlə ki, uşaq əmizdirməyə qarşı münasibət normallaşacaq. Mən bu fotolarla uşaq əmizdirərkən qadının daxilən yaşadığı, hiss etdiyi gözəlliyi, xoşbəxtliyi anlatmağa çalışdım. İnanıram ki, çox adam bu şəkillərə baxır. Çox adam da anlayacaq ki, uşaq əmizdirmək təbii bir şeydir, burda utanmalı heç nə yoxdur”.

 

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017