Son dövrlər parıltılı paltarlar xanımlar arasında dəbə düşüb. Toylara, ziyafətlərə, tədbirlərə gedərkən xanımlar bu modellərə daha çox üstünlük verir. Ailem.az 2017-ci ilin ən gözəl parıltılı paltar modellərini təqdim edir.
Belə geyim modellərini son vaxtlar məşhur xanımların da əynində görmək olar. Bu paltar modellərini hər yaşda və tərzdə olan qadınlar bəyənir. Doğru kombinə etdiyiniz müddətcə istədiyiniz kimi geyinə bilərsiniz. Ancaq belə libası geyinməzdən əvvəl diqqət yetirməli olduğunuz bəzi məqamlar var:
- Mümkün qədər sadə bir makiyaj
- Çox da diqqət çəkməyən saç düzümü
- Sadə, gözə çarpmayan aksessuarlar
- Paltara uyğun gələn ayaqqabı
- Qəşəng, şık və kiçik bir çanta
Ancaq hər şeydən önəmli bir nüans var - paltar bədən quruluşunuza uyğun olsun və sizə yaraşsın.