Cəmi 4 ərzaqla hazırlanan tort - ASAN RESEPT

Sadəcə 4 ərzaqla və əziyyət çəkmədən tort bişirmək fikrinə necə baxırsınız? Qəfildən evə qonağınız gəlsə, ya da ürəyinizə şirniyyat düşsə, əl altında olan ərzaqlarla ən az 10 dəqiqəyə ləzzətli şirniyyat hazırlamaq mümkündür. Ailem.az-ın təqdim etdiyi bu reseptlə sadəcə 10 dəqiqəyə ağız dadınıza uyğun ləzzətli tort hazırlaya bilərsiniz.

 

Bişirməyə ehtiyac yoxdur, sadəcə hazırla və ye!

 

Ərzaqlar:

 

Bir paket yulaflı peçenye

75 qram kərə yağı

200 qr südlü və ya qara şokolad

4 xörək qaşığı fıstıq əzməsi

 

Hazırlanması:

 

İlk olaraq peçenyeni blendrdan keçirin. Daha sonra başqa qabda əritdiyiniz kərə yağını və 2 xörək qaşığı fıstıq əzməsini də biskvitlərin içinə qataraq yaxşıca qarışdırın.

 

Sonra bir qabın içinə bişirmə kağızını yerləşdirin. Üzərinə hazırlamış olduğunuz qarışımı töküb yaxşıca yayın.

 

Daha sonra ayrı bir qazanın içində şokoladları və 1 xörək qaşığı fıstıq əzməsini əridin.

 

Ərimiş fıstıq əzməsini qabdakı qarışımın üzərinə yaxşıca yayın.

 

Ayrı bir qabda qalan fıstıq əzməsini də əridin.

 

Sonra fıstıq əzməsini də qarışımın üzərinə sürtüb qaşıqla şəkillər yarada bilərsiniz.

 

Süfrəyə vermədən əvvəl 1 saat soyuducuda saxlayın. Ondan sonra istədiyiniz zaman yeyə bilərsiniz. Nuş olsun!

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017