Dəridəki qırışları açan MÖCÜZƏVİ MASKA

Sizə təqdim edəcəyimiz maska dərinin regenerasiyasını sürətləndirir, ölmüş toxumaları bərpa edir, dərini rahatlaşdırır, tonusunu qaldırır, müsbət təsir edir.

Maska yaşıl çayla hazırlanır və dəridəki qırışların açılmasına səbəb olur. Maskanı 6-8 həftə etdikdə dəridə arzuolunan effekti görmək mümkün olur. Maskanı bir neçə dəfə tətbiq etdikdə onun dəridə yaratdığı möcüzələri görmək olur.

 

Maskanın hazırlanması:


* üyüdülmüş yaşıl çay - 1 xörək qaşığı
* kakao tozu - 0,5 xörək qaşığı
* bal - 1 çay qaşığı
* qaynar su
 

Kakao tozu və yaşıl çay qaynar suda qarışdırılaraq həlim halına salınır, soyuduqdan sonra ona bal əlavə edilir və qarışdırılır. Qarışım qatı olarsa ona az miqdarda ​zeytun yağı​​​ əlavə eləmək olar. Maska üzə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra isti su il yuyulur. Üzü qurutduqdan sonra dəriyə yumşaldıcı krem sürtülür. Maska 3 gündən bir 6-8 həftə tətbiq edilir. İstədiyiniz effekti aldıqdan sonra maskanı ayda bir dəfə təkrarlamağınız kifayətdir.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018