Üzdəki qara nöqtələri təmizləyən ÜSUL - FOTOLARLA

Bir çox qadının yaşadığı gözəllik problemlərindən biri də üzdə olan qara nöqtələrdir. Bu problemdən xilas olmaq isə elə də çətin deyil. Ev şəraitində üzünüzdə olan qara nöqtələrdən xilas ola bilərsiniz. Bloqqer Sukhi Mann diş ipi ilə üzdəki qara nöqtələri təmizləmək üsulunu 74 min izləyicisi olan instagram hesabında paylaşdı. Videonu bir milyondan çox adam izlədi.

 

Ailem.az üzdəki qara nöqtələri təmizləyən həmin üsulla xanımları tanış edir.

 

Bunun üçün ehtiyacınız olan vəsaitlər:

 

- İsti su

- Dəsmal

- Diş ipi

- Tonik, gül suyu və ya ağız təmizləmə suyu

 

1. Dəsmalı isti suyla isladın.

 

2. İslaq dəsmalı 5 dəqiqə ərzində problemli bölgəyə basıb saxlayın. İstiliklə məsamələr açılacaq.

 

3. Diş ipini yüngülcə sürtərək qara nöqtələri təmizləyin.

 

4. Yağların diş ipinə yığıldığını görəcəksiniz.

 

5. Pambıqla həmin yeri tonik, gül suyu və ya ağız təmizləmə suyu ilə silin.

 

Qeyd: Dəriniz həssasdırsa, ağız təmizləmə suyundan istifadə etməyin! Tonik istifadə etdikdən sonra üz dərinizi nəmləndirin! 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017