Stres çarxını yaradıb, amma kasıblıqdan ölür - FOTO

Stres toplarından sonra indi dünya stress çarxının əsiridir. Yəqin hamınız görmüsüz. Hər kəsin əlində bir stress çarxı var və onu fırladaraq içlərindəki stresdən qurtulmağa çalışırlar. Düzü, ölkəmizdə bu çarx daha çox məktəblilər arasında populyardır. Amma dünyada stresdən əziyyət çəkən insanların bir nömrəli oyuncağı sayılır. Bəzi insanlara çox xeyir etdiyi deyilən bu stress çarxlarının yaradıcısı isə bir qadındır. Onun çox maraqlı bir hekayəsi var.

Ailem.az musavat.com-a istinadən bütün dünyanı əsir edən qadın barədə ilginc hekayəni sizinlə bölüşür. Öncə ondan başlayaq ki stress çarxı sıxıntılı və ya stresli anlarda zehni dağıtmaq üçün istifadə olunan bir oyuncaqdır. Bir barmağınızla belə istifadə edə biləcəyiniz bir oyuncaq da deyə bilərsiz.

 

Stres çarxının yaradıcısı ABŞ-ın Florida ştatında yaşayan 62 yaşındakı Ketrin Hettinqerdir.

 

Hazırda bütün dünyanı qasıb qovuran stress çarxının yaradıcısı həyatını çox çətinliklə təmin edir. Bu yaradıcı qadın bu günlərdə çox insanın əlindən düşməyən və milyonlarla satılan stress çarxını 20 il öncə 7 yaşındakı qızını əyləndirmək üçün düşünüb. Hazırda 30 yaşında olan qızına hamilə ikən bir əzələ narahatlığı ilə boğuşan Hettinger doğumdan sonra da qızının oyuncaqlarını toplamır və onunla çox da oyun oynaya bilmir.

Bu səbəbdən də bəzi şeyləri qəzetlərlə bir araya gətirməyə, materialları bantla tutdurmağa başlayır. Qızı bu ilginc çarxı sevincə stress çarxının mexanik olmayan versiyasını ortaya çıxır. Əslində Ketrin bu icadı qızı ilə birlikdə ortaya çıxarıb.

 

Bu oyuncağın patentini də alan mucid 8 il boyunca patenti əlində saxlayıb. Amma 2005-ci ildə patent yeniləmə məbləği olan 400 dolları ödəyə bilmədiyi üçün patenti boşa düşüb.

 

Hettingerin bu ideyasını həyata keçirən istehsalçılar isə bütün dünyada stress çarxının satışını həyata keçirərək, böyük gəlir əldə ediblər. Amma bu sırada stress çarxının əsl icadçısı iqtisadi problemlərlə mübarizə aparır və “mucid olmaq çox çətindir. İcadların yalnız 1/3-ü pul qazandırır“ deyir.

Fərqli icadlara imza atan mucid əslində bambaşqa standartlara sahib bir həyat yaşamalı idi. Amma nə yazıq ki, elə olmadı. Mucid deyib ki, “Mən multimillion dolalrlıq anlaşmalar həyata keçirən biri deyiləm. Pulum olsaydı ya da bir sərmayədar tapa bilsəydim, hər şey daha fərqli olardı”.

62 yaşındakı Hettiger əgər patenti əlində tuta bilsəydi, bir sərvət sahibi ola biləcəkdi. Bəzi insanlar ona “dəlisən” deyə soruşsa da, o hazırladığı şeylərin insanların işinə yaramasından çox məmnundur.

Hər nə olursa olsun bu yaradıcı fikirlərlə dolub daşan bu mucid qadın yeni şeylər hazırlamağa davam edir və insanlara fayda verməkdən əsla vaz keçmir.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017