Qızılgül ləçəklərindən MÜALİCƏVİ ÇAY

Qızılgül ləçəklərindən çox faydalı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. təzə qızılgül ləçəkləri 1 stəkan (200 ml) isti suda 30 dəqiqə ərzində dəmlənir (bunu termosda etmək daha yaxşıdır), süzülür və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla adi çay kimi içilir.

 

Bu çay çox dadlı, ətirli, faydalı və müalicəvi içkidir. Ailem.az saglamolun.az-a istinadən qızılgül çayının faydalarını sadalayır.

 

- Sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, stressi və əsəbiliyi azaldır, əhvalı yaxşılaşdırır

 

- Ürək əzələsini möhkəmləndirir

 

- Təzyiqi aşağı salır

 

- Bağırsaqlara antiseptik təsir edir - mikrobları öldürür

 

- Stomatiti müalicə edir

 

- Arıqlamağa kömək edir

 

- Qurdları öldürür

 

- Orqanizmi cavanlaşdırır

 

- Dərinin vəziyyətini yaxşılaşdırır

 

- Qalxanvari vəzi üçün faydalıdır

 

- İmmun sistemini möhkəmləndirir.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017
09 Avqust 2017