Azərbaycanlı aktrisa: "Ərindən 7 yaş kiçik olan qadın boşanmır?"

Aktrisa Xuraman Əlizadə həyat yoldaşının ondan 5 yaş kiçik olmasına görə onu qınayanların cavabını verib.
 
Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, “10-dan sonra” verilişində danışan aktrisa xoşbəxtliyin yaşa baxmadığını deyib: “Bir vaxtlar belə şeylərə çox aqressiv idim. İndi bir qulağımdan alıb o birindən ötürürəm. Danışırlar danışsınlar. İnsan var ki, xanımından 20 yaş balacadır, amma xoşbəxtdir. Guya ərindən 7 yaş balaca olub ayrılan qadın yoxdur? Həyat yoldaşım həmişə mənə dəstəkdir. Hamı kimi aramızda küsülülük də, dava da, barışıq da olur. Adi bir ailə həyatı sürürük”.

 

X.Əlizadə xalq artisti Fatma Mahmudova ilə küsülü olması haqda yayılan şayiələrlə bağlı da danışıb: “Kimsə aramızı vurmaq istəyir. Çünki dəfələrlə belə şeylər baş verib. Deyirlər ki, guya biz pul üstündə Fatma xanımla dava etmişik. Elə olur ki, tədbirləri pulsuz idarə edirəm. Həyatda böyüyün-kiçiyin yerini bilirəm. O, məni təhqir belə eləsə, ona cavab qaytarmaram”. 

Qeyd edək ki, Xuraman Əlizadə Murad Xankişiyev adlı şəxslə ailəlidir. Cütlüyün Əli adlı bir oğlu var.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017
09 Avqust 2017