Bu çiçəkdən hər evdə olmalıdır

Bütün qadınlar evlərində dibçək yetişdirməyi xoşlayırlar. Evdə saxlanılan hər bir dibçəyin özünəməxsus gözəlliyi və ya ətri olur. Dibçək çiçəkləri evə sakitlik, gözəllik və xoş atmosfer bəxş edir. Astroloqlar hər bir çiçəyin evin atmosferinə bir cür təsir etdiyini qeyd edirlər. Onların dediklərinə görə, bəzi dibçək gülləri evlərə neqativ, bəziləri isə pozitiv təsir göstərir. Hətta bəzi dibçək gülləri evə həşərat yığılmasına, bəziləri isə ev sahibinin xoşlamadığı "qonaqları" evdən uzaqlaşdırmağa qadirdir.
 

Evdəki atmosferə təsir edə bilən dibçəklərdən biri də ətirşahdır. Mütəxəssislər ətirşah bitkisindən hər evdə saxlamağı məsləhət bilir. Bu bitkinin evdə becərilməsini vacib edən 9 səbəb var. Ailem.az immunitet.az-a istinadən onları açıqlayır.


1. Ətirşah ev adamlarında olan depressiya əlamətlərini aradan qaldırır, sinir sistemini möhkəmləndirir. Dibçək qoyulduğu yerdə otağın pis havasını neytrallaşdırır.
 

2. Ətirşah dibçəyini sevdiyiniz adama rahatlıqla hədiyyə edə bilərsiniz. Bu bitki olan evdə qarşılıqlı anlaşma və sevgi olur.
 

3. Ətirşah yarpaqlarında efir yağları çoxdur. Bunu hiss eləmək üçün onun yarpaqlarına toxunmaq kifayətdir. Efir yağı ən çox ətirşahın günəş şüalarına məruz qaldığı zaman daha çox özünü bildirir.
 

4. Ətirşahın qoxusu evdən ağcaqanadları və həşəratları qovur.
 

5. Ətirşahdan baş ağrıları və soyuqdəymə zamanı istifadə etdikdə xəstəliyin əlamətlərini aradan qaldırır. Ətirşah otağın havasını təmizləməklə yanaşı, bakteriyaları da öldürür. Onun şirəsini qulağa damdırdıqda qulaq ağrısı kəsilir.
 

6. Ətirşah yağı hormonların normallaşmasına səbəb olur. Axşam içilən çaya 5 damcı ətirşah yağı damızdırmaq sizə romantik bir gecə yaşada bilər.
 

7. Ətirşah sinir sistemi, arterial təzyiq, yuxusuzluq, mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. Ətirşahın dəmləməsi qara ciyər və öd kisəsi problemlərini həll edir. Diş ağrısı zamanı yarpaqlarını çeynəmək ağrını aradan qaldırır.
 

8. Radikulit zamanı ətirşah yarpaqlarını əzib bel nahiyəyə oymaq ağrını aradan qaldırır.
 

9. Parapsixologiyada ətirşahın biosahəsi olduğu iddia edilir. Bu səbəbdən də ətirşah bəslənən evdə onkoloji xəstələrin olmadığı söylənilir.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017