Sevgiliniz əlinizdən bu cür tutursa... - ANALİZ

Bəlkə də fərqində deyilsiniz, ancaq əl-ələ tutma formanız münasibətiniz haqqında bir çox məlumatları və necə cütlük olduğunuzu əks etdirir. Ailem.az əl-ələ tutma formasına görə münasibətlərin analizini təqdim edir.

 

Ovucları birləşdirmə

 

Bir-birinizin əllərini bu formada tutursunuzsa, demək, münasibətiniz şəfqətə söykənir. Ancaq bu halda ehtiraslı münasibət olduğunu deyə bilmərik.

 

Bir-birinə keçmiş barmaqlar

 

Ovuc içlərinin bir-birinə dəyməsi və barmaqları bir-birinə keçirərək əl-ələ tutmaq, ehtiraslı münasibətdə olduğunuzu və bir-birinizə olan bağın qüvvətli olduğu mənasını verir. Ancaq bu şəkildə əl-ələ tutarkən cütlüklərin bir-birlərinin əllərini möhkəmcə tutması vacibdir. Tərəflərdən biri zəif tutarsa, demək, müəyyən çətinliklər var.

 

Tək barmaqla tutma

 

Bu cür əl-ələ tutan cütlüklər azad münasibətdədirlər. Onlar bir-birlərinin işinə və şəxsi həyatına hörmət edə bilirlər.

 

Digər əllə dəstəkləmək

 

Əl-ələ tutarkən digər əlinizi dəstək kimi istifadə edirsinizsə, bu, iki tərəf arasındakı bağın çox ciddi olduğuna işarə edir. Ancaq bu vəziyyət hər zaman yaxşıya işarə deyil. Eyni zamanda tərəflərdən birinin çox qısqanc olduğu və çox sahibləndiyi mənasını verir.

 

Əl-ələ tutmadan yerimək

 

Əl-ələ tutmadan yeriyirsinizsə, münasibətinizi bir daha nəzərdən keçirin. 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017