Bu uşaq həftələrlə oyanmadan yatır - FOTO

Rusiyada yaşayan 1 yaşlı Anya Metyolkina adi uşaqdır. Lakin bu uşağın bir özəlliyi var.

Yuxuya gedəndən sonra Anya günlər və hətta həftələrlə oyanmadan yatır...

 

Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, ilk dəfə belə hadisə uşaq 6 aylıq olanda baş verib. Yemək yeyəndən sonra uşaq oynayırdı, çox şən və gümrah idi. Anası onu heç cür yatızdıra bilmirdi. Birdən Anya oturduğu stulda dərin yuxuya getdi. Növbəti gün uşaq yuxudan ayılmadı. Uşağı oyada bilməyən valideynlər qorxub "təcili yardım" çağırıblar. Həkimlər uşağı müayinə etdikdən sonra heç bir patologiya tapmayıblar. Uşaq sadəcə yatırdı və onu oyatmaq mümkün deyildi. Anya xəstəxanaya yerləşdirilib.

 

Bir neçə gündən sonra Anya qəfildən oyanıb. Uşaq tam sağlam görünürdü - gülürdü, oynayırdı, yemək yeyirdi.  Lakin... Növbəti gün uşaq yenə yuxudan oyanmayıb. Artıq bu, 1 ildir davam edir - uşaq bir neçə saatlıq oyanır, sonra yuxuya gedir və günlərlə yatır.

Anyanın anası uşaqla birlikdə demək olar ki, reanimasiyada yaşayır. Oyandıqdan sonra uşağın hərarəti qalxır, üzü şişir və qızarır, uşaq əsməyə başlayır.

 

Həkimlər uşağa heç bir diaqnoz qoya bilmir. Uşağın tibbi kartında "genezisi məlum olmayan hipersomniya" yazılıb. Tutma zamanı uşağın nəfəsalması və ürək döyüntüsü azalır. Anya çoxsaylı analiz və müayinələrdən keçib. Lakin hipersomniyanın səbəbi indiyə qədər aşkar olunmayıb.

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017