Model döşlərini evdə nasosla şişirdir - FOTOLAR

47 yaşlı model Allegra Cole döşlərini o qədər böyüdüb ki, əyilib ayaqqabılarını belə, bağlaya bilmir. Ancaq o, döşlərini yenə də böyütmək istəyir.

 

Aile.lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı bu qadın indiyə qədər üç dəfə süd vəzi böyütmə, bir omba, bir baldır, qarın sıxlaşdırma, dodaq dolğusu, botoks və digər estetik əməliyyatlar keçirib. Bu əməliyyatlara təxminən 57 min funt (125 min manat) pul xərcləyib. Buna rəğmən Allegra əməliyyatlarla kifayətlənmək istəmir.

 

Dindar və ənənələrə sadiq bir ailədə böyüyən Allegra 30 yaşına qədər piano müəlliməsi kimi işləyib. Sonradan modellik sənətinə başlayan qadın ilk dəfə o yaşda sinə plastikası əməliyyatı etdirib. Ailəsindən və ətrafdakıların fikrindən çəkinsə də, ikinci dəfə də eyni əməliyyata girib. Ondan sonra modellik etməyə başlayıb.

 

Üçüncü əməliyyatda isə sinəsinə toxuma genişləndirici yerləşdirilib. Bunun sayəsində döşlərini evdə nasosla böyüdə bilir.  

 

İndi Allegranın döşləri 9 kiloqram ağırlığındadır. Amma o, döşlərini bir az daha böyütmək arzusundadır.  

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017