Günay İbrahimli: "Heç kim vecimə deyil, o da subaydır, mən də..."

Ailem.az müğənni Günay İbrahimlinin axsam.az-a müsahibəsini ixtisarla təqdim edir.

 

- Son bir ildir ki, şəxsi həyatınla çox gündəmə gəlirsən. 
 

- Bu haqda artıq heç nə danışmayacam. Hamı həyatımı bilir. Bir kəlmə onu deyim ki, o insandan öyrənəcəyim çox şey var. Səbrli olmağı, yaxşını pisdən ayırmağı öyrənmişəm. Nə yaxşı qarşıma çıxıb, onu tanımışam. Uşaq Günay gedib, yerinə daha düşüncəli biri gəlib. İnsanların dediklərinə fikir vermirəm, həyatımı yaşayıram. Heç kim və heç nə vecimə deyil.

 

- Günay münasibətini bir çoxları kimi gizlətmir...
 

- Subay qızam, o da subay oğlandır. Niyə gizlədim ki...

 

- Eşitdik ki, bir evdə yaşayırsınız...
 

- Yox, mən ata-anamla yaşayıram.

 

- Toy nə vaxtdır?
 

- Plan yoxdur. O da, mən də hələ bunu istəmirik. 

 

- Bəs ana olmaq istəmirsən?
 

- İstəyirəm. Qismət... Hər şeyin zamanı var.

 

- Valideynlərinin buna münsibəti necədir?
 

- Onu çox istəyirlər, hər şey yaxşıdır. 

 

- Sevgilin sənə nə qadağalar qoyur?


- Onları əzbər bildiyim və öyrəşdiyim üçün artıq mənə qadağa kimi gəlmirlər. Ona görə çox dəyişmişəm. 

 

- Hətta əvvəl səni daha cəsarətli geyimlərdə görürdük...
 

- İndi bir az kökəlmişəm, mənə yaraşmaz. Həm də artıq o mərhələni keçdim. İndi özüm də elə geyimlər istəmirəm. 

- Hər bir müğənni sənətə yeni gələndə çox pul xərcləyir. Elə sən də... Bəs bu gün efirlər sənin üçün pulladır?
 

- Çox da pul xərcləməmişəm. Ancaq radioya pul verirdim. Efirlərə pulla çıxmamışam. Mən radio müğənnisi kimi tanınmışam. İndi isə belə hal yoxdur. Bu gün-sabah mən efirdən pul tələb edəcəm.

 

- Boş vaxtlarını necə keçirirsən?
 

- Özümə çox vaxt ayırıram. Saçıma qulluq, üzümə maskalar edilir. Alış-verişi sevirəm. Almayanda belə gedib baxır, yerin edirəm, sonra gedib alıram. Kinoya gedirəm. Yayda da dənizə getməyi sevirəm. Hər an şəxsi həyatım yanımda olur. Həm dostlarımla, ailəmlə, sevgilimlə oluram. Ətrafımda özəl dostlarım var ki, onlarla şəkil paylaşmıram, olmaz. Amma hər axşam onlarla hansısa məkanlarda otururuq, söhbətləşirik, dərdlərimizi bölüşürük. 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017