“Yuğ”da yeni tamaşa: “Səsimi unutma” - PREMYERA

İyunun 8-də Yuğ Dövlət Teatrında Kamal Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşasının premyerası keçiriləcək.

 

Teatrdan Ailem.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerifdir. Janrı bir bölümlü yuğlama kimi təyin olunan tamaşanın geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımovdur.

 

Tamaşada əməkdar artistlər Məmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov (Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edir.

 

İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağ­la­yan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin elçisi – sevimli qadın səbrlə, la­kin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yu­mur.

 

Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.

 

 

 

 

 

 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017