Bunları bilmək vacibdir - VİTAMİNLƏRİN ORQANİZMƏ TƏSİRİ

Vitaminlərin insan orqanizminə nə qədər zəruri olduğunu hamımız bilirik. Bəs vitaminlər haqqında ümumi bilgilərimiz hansı səviyyədədir? Onların orqanizmə hansı təsirləri var? Sağlamlığımız üçün vitaminlər hansı rolu oynayır?

Əvvəlcə vitaminlərin bioloji əhəmiyyətinə nəzər yetirək.

 

A

Görmə qabiliyyətini yaxşılaşdırır, immuniteti gücləndirir, dərinin yenilənməsini stimullaşdırır, qaraciyəri qoruyur.

 

B1

Karbohidrat metabolizmini və su balansını nizama salır, insulinə tələbatı azaldır və onun təsirini gücləndirir, aterosklerozun inkişafına mane olur.

 

B2

Maddələr mübadiləsinə təsir göstərir, orqanizmin inkişafını və toxumaların vəziyyətini stimullaşdırır, normal görmə qabiliyyətini qoruyur.

 

B6

Sinir sisteminin fəaliyyətini nizama salır, B6 amin turşularının, karbohidratların və piylərin mübadiləsində iştirak edir, ürək əzələsinin fəaliyyətini gücləndirir.

 

B12

Qaraciyərə və sinir sisteminə müsbət təsir göstərir, qanın laxtalanma sistemini aktivləşdirir.

 

C

Karbohidratların mübadiləsində iştirak edir, infeksiyalara müqaviməti və qanın laxtalanmasını artırır.

 

D

Fosfor-kalsium mübadiləsini nizama salır, sümüklərin möhkəmlənməsinə kömək edir.

 

E

Zülal və piy mübadiləsinə təsir göstərir, orqanizmi oksigen çatışmazlığı zamanı qoruyur.

 

F

Dərininin və selikli qişaların sağalmasını yaxşılaşdırır, aterosklerozun inkişafına mane olur.

 

PP

Karbohidrat və zülal mübadiləsində iştirak edir, ürək əzələsinə müsbət təsir göstərir, damarları genışləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

 

Vitaminlərin qəbulu zamanı aşağıdakıları nəzərə almaq lazımdır:

 

A vitamini və B qrup vitaminləri D, E, vitaminləri ilə qəbul edildikdə daha effektli təsir göstərir; onun təsiri o cümlədən kalsium, fosfor və sink kimi mineral elementlərlə də gücləndirilir;

C vitamini kalsium və maqnezium kimi mineral elementlərlə qəbul edildikdə daha yaxşı mənimsənilir;

D vitamini A və C vitaminləri ilə, o cümlədən kalsium və fosforla daha çox uyğun gəlir.

Bəs vitaminlərin mənimsənilməsində orqanizmə nə mane olur?

 

Yadda saxlamaq lazımdır ki, bəzi dərmanlar vitaminlərin mənimsənilməsinə mane olur və insan orqanizimindən vacib mikroelementləri çıxarır. Bunu bəzi zərərli vərdişlərə də aid etmək olar.

 

Alkoqol A və B qrup vitaminlərini, həmçinin kalsiumu, sinki, kaliumu, maqneziumu və dəmiri məhv edir.

Nikotin A, C, P vitaminlərini və seleni məhv edir.

Kofein B və PP qrup vitaminlərininin mənimsənilməsinə mane olur, dəmirin, kaliumun, sinkin, kalsiumun tərkibini azaldır.

Aspirin B qrup vitaminlərinin, C, A vitaminlərinin, kalsiumun və kaliumun tərkibinə mənfi təsir göstərir.

Yuxu dərmanları A, D, E, B12 vitaminlərinin mənimsənilməsini, o cümlədən kalsiumun tərkibini əhəmiyyətli dərəcədə azaldır.

Antibiotiklər B qrup vitaminlərini, o cümlədən dəmiri, kalsiumu, maqneziumu məhv edir.

Sidikqovucu dərmanlar orqanizmdən B qrup vitaminlərini, o cümlədən maqneziumu, sinki və kalsiumu çıxarır;

 

Meyvə və tərəvəzlərin tərkibindəki vitaminləri saxlamaq üçün aşağıdakılara riayət etmək lazımdır:

 

Kahını yalnız axar su altında yuyun;

Kartofu qabıqlı qaynadın, ən yaxşısı isə buxarda bişirin;

Yalnız təzə meyvə və tərəvəz alın;

Meyvə və tərəvəzi çox saxlamayın, onların saxlandığı yer soyuq və qaranlıq olmalıdır:

Tərəvəzi bilavasitə istifadədən əvvəl təmizləyin;

 

Vitaminlərin sağlamlıq üçün zəruriliyini nəzərə alaraq orqanizminizin onlara tələbatını ödəməyə çalışın. Süfrənizdə yağlı və qızardılmıç əti, şirniyyatı, un məmulatlarını müxtəlif tərəvəzlərlə, onlardan hazırlanmış salatlarla, meyvələrlə əvəz edin.(modern.az)

 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017
17 İyun 2017