Bu qida bədəni təmizləyir, xərçəngin qarşısını alır

Mətbəxin sevimli paxlalılarından olan noxud xərçəng başda olmaqla bir çox xəstəliyə qarşı orqanizmi qoruyur. Noxud protein, sink, kalsium, maqnezium və dəmirlə zəngindir. Yüksək xolesterol, ürək problemi, depressiya, xərçəng kimi bir çox xəstəliyin qarşısının alınmasına kömək edən noxudu süfrənizdən əskik etməyin. Ailem.az noxudun faydalarını sadalayır.

 

Xolesterolu aşağı salır

 

Noxudun tərkibi ürək-damar sağlamlığını qoruyan, xolesterolu aşağı salan və xüsusilə qan şəkərini tənzimləyən liflə zəngindir. Ürək-damar xəstəliyi olanlar və şəkər xəstələri süfrələrindən noxudu əskik etməməlidir.

 

Zəhərə qarşı qoruyur

 

Noxud esterogen hormonunu balanslaşdırdığı üçün xüsusilə menopauza dövründə faydalıdır. Bu zaman ortaya çıxan isti və tər basması şikayətlərinin azalmasında yardımçı olur. Tərkibindəki selenium bağırsaq fermentlərinin çalışmasına dəstək verərək bədəndə xərçəngə səbəb olan birləşmələrin zəhər təsirini ortadan qaldırır.

 

İmmunitet sistemini gücləndirir

 

Ürək bulanma, baş gicəllənmə və baş ağrısı problemlərinin qarşısını alır. Tərkibində yer alan amin turşuları sayəsində yuxu balansını tənzimləməyə kömək edir. Bədənin immunitet sistemini gücləndirib xəstəliklərə yoluxma riskini azaldır.

 

Depressiyanın qarşısını alır

 

Tərkibindəki fosfor sümük və diş ətini gücləndirir. Xoşbəxtlik hormonlarına təsir edir. Beləliklə, depressiyanın qarşısını alır. Beyin və zehni yorğunluğun qarşısını alır. Hafizəni gücləndirir.  

 

 

 

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017