Natavan Həbibi: "İstəyirəm, övladımın atası olsun"

“Övlad istəyirəm. Bu, mənim xəyalımdır. Övladımla bağlı xəyallarım var. Özümü ana kimi tam fərqli görürəm. Ailə qurmaq məsələsi yaxınlarda oldu, qaldı ana olmağım”.

 

Ailem.az-ın məlumatına görə, bunu müğənni Natavan Həbibi “ATV maqazin onlarla” verilişində bildirib.

 

Müğənni 19 ildir atasını görmədiyini uşaqlığının əksər hissəsini atasız keçirdiyini deyib: “Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirmədi. Onun həm analığını, həm də atalığını gördük. Mən də istəyirəm, övladımın atası da, anası da olsun. Əlbəttə, mən də atamı görməyi arzulayıram, onun üçün darıxıram. Amma... Sonuncu dəfə onu 1998-ci ildə görmüşəm. Xalam qızını limandan yola salırdım. Doğma iki göz gördüm, qocalmışdı. İnsanların içində təəccübləndim, dedim, “papa”. Mənə baxdı, dedi Natulya... İşi var idi, bura gəlmişdi. Dedim, bizə baş çəkmədən gedirsən? Anamla aralarında inciklik var. Həyatdı, hər şey ola bilər. Çox şükür həyatdadır, yaşayır. Qocalıb, sağlamlığı ilə bağlı problemləri var. Uzaqda olsa belə, əsas odur ki, hər şey yaxşıdır".

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017