Şüşə əşyalardakı cızıqları yox etməyin YOLLARI

Diqqətsiz bir hərəkət ən sevdiyiniz əşyalarınızda cızıqlara səbəb ola bilər. Amma ümidsiz olmayın və əşyanızı qətiyyən atmayın. Bu cızıqları asan yolla yox edə bilərsiniz. Aile.lent.az əşyaların şüşə səthində yaranan cızıqları yox etmək üçün sadə yollar təqdim edir.

 

Ağardıcı təsiri olmayan bir diş pastasını pambıq parçaya sıxın. Təxminən 10 dəqiqə dairəvi hərəkətlərlə şüşə səthini silin. Daha sonra diş pastasının izlərini su ilə silin.

 

Duru yağ tökün və cızıqları ovun. Bu, cızıqların solğunlaşmasına kömək edəcək. Vazelin də istifadə edə bilərsiniz.

 

Soda və suyu qarışdırıb şüşə səthə sürtün və pambıq parça ilə silin. Daha sonra artığını nəm parça ilə silin.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018