KİŞİLƏRİN NƏZƏRİNƏ: Qadın sizə “yox” deyirsə...

Bəlkə də qadınların istəkləri sizə qarışıq görünə bilər, amma onları doğru oxuduğunuzda işiniz asan olacaq. Ailem.az qadınların kişilərdən gözlədiyi davranışları təqdim edir.

 

Təxmin edilməyən addımlar

 

Təbii ki, bu, hər gün onunla başqa bir ölkədə olmalı, ya da eyvanının altında serenada oxumalı olduğunuz anlamına gəlmir. Spontan davranışlarınızı kiçik şeylər üzərində qurun. Məsələn, bir gün yolda gedərkən, “gəl, yeməyə gedək” demək də onu xoşbəxt edəcək. Qadınlar kişilərin növbəti addım olaraq nə edəcəyini bilməyəndə daha çox həyəcanlanırlar.

 

Bir az təkid edin

 

Əgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.

 

İnanc

 

Xüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.

 

Hədiyyələr

 

Əgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.

 

Yumor hissi

 

Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.

 

Diqqət

 

Çox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız  “günün necə keçdi?” sualı işinizə yarayacaq.

 

Pozitivlik

 

Duyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.

 

Dürüstlük

 

Qadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.

 

Hörmət

 

Əgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017