Pişiklər sahibinin səsini tanıyır

Tokio Universitetinin professorlarının uzun müddət davam edən araşdırmaları nəticəsində məlum olub ki, pişiklər sahiblərinin səsini tanıyırlar, lakin onları eşitmək istəmirlər.

 

Araşdırma zamanı əvvəlcə pişikləri tanımayan 3 nəfər onları adları ilə çağırıb. Pişiklər tanımadıqları səslərə heç bir reaksiya verməyiblər. Sonra isə sahibləri onlara səslənib. Pişiklər sahiblərinin səslərini eşitdikləri zaman başları, qulaqları, ayaqları, quyruqları və gözləri tərpənib.

 

Maraqlıdır ki, pişiklər sahiblərinin səslərini tanısalar da, yerlərindən qalxmaq istəmədikləri zaman onları eşitməmiş kimi hərəkət edirlər. Mütəxəssislər itlərlə pişiklərin sahiblərinə qarşı fərqli münasibət bəslədiklərini deyirlər. Bunun səbəbi isə itlərin qədim zamanlardan bəri insanların dostu olması, pişiklərin isə yalnız siçan tutmaq məqsədi ilə saxlanılmasıdı.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017