Sağlamlığı qoruyan xurma kokteyli - HAZIRLANMA QAYDASI

Ümumiyyətlə, bir çox müalicələr həm acı, həm də əziyyətli ola bilər. Elə müalicələr də vardır ki, həm faydalı olur, həm də ləzzətli. Bu kokteyl ləzzətlilər qrupuna aiddir. Ailem.az mütəxəssis Fizuli Hüseynova məxsus xurma kokteylinin hazırlanma qaydasını və faydalarını təqdim edir.

 

HAZIRLANMASI:

 

Hazırlanma qaydası da sadədir: 3-4 ədəd İran xurmasının qabığı soyulur, tumları çıxardılır, 1 stəkan yağlı südün içinə əlavə olunub blenderlə qarışdırılır. Bu kokteyli gündə 1-2 stəkan içə bilərsiniz.

 

FAYDALARI:

 

Deməli, xurmanın tərkibindəki bütün minerallar və vitaminlər südün tərkibinə keçir, böyüyən uşaqlar və yaşlılar üçün əvəzolunmaz dərəcədə faydalıdır.

 

- Beyin qan dövranını yaxşılaşdırır, diqqəti itilədir, yaddaşsızlığın müalicəsində istifadə edilir, gözləri  işıqlandırır.

 

- Əzələ qıcolmalarında çox xeyirlidir, sümük əriməsindən (əsasən klimakterik dövr keçirən xanımlarda sümük ərimələri çox olur), oynaq ağrılarından əziyyət çəkənlər üçün faydalıdır, damarları təmizləyir, qaraciyər və öd üçün faydalıdır.

 

- Hepatitdən əziyyət çəkənlər üçün faydalıdır, qəbizlik və babasil müalicəsində istifadə etmək olar.

 

- İmmun sistemini gücləndirir, gümrahlıq gətirir, cinsi istəyi artırır.

 

- Zaman-zaman istifadə olunduqda dərini parladır, qurdqovuçu təsiri vardır, əsəbləri gərgin olanlar üçün də faydalıdır.

 

- Həmişə içilə bilən bir içkidir, axşam yatmazdan əvvəl qəbul etdikdə yuxunu dərinləşdirir. 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017